Biz ev heyvanlarınızın (it və pişiklərin) sağlamlığına, təmizliyinə və rahatlığına xüsusi diqqət yetirən peşəkar qulluq (grooming) xidməti təklif edirik. Təhlükəsiz, hypoallergen məhsullar və müasir avadanlıqlarla işləyirik. Ev heyvanınızın dərisini nəfəs almağa, tük tökülməsini azaltmağa və özünü daha yaxşı hiss etməyə kömək edirik.
Tük kəsimi və formalaşdırma, peşəkar şampunlarla yuyulma və qurutma, dırnaq kəsmə, qulaq və göz təmizliyi, gigiyenik zonaların qırxılması, dolaşıqların açılması. Hər cür cins və yaşa uyğun fərdi yanaşma tətbiq edirik.
Müntəzəm qulluq dəri xəstəliklərinin qarşısını alır, tük tökülməsini minimuma endirir, ev heyvanının əhval-ruhiyyəsini yaxşılaşdırır və sahiblərinə rahatlıq verir. Təmiz və səliqəli ev heyvanı — xoşbəxt ev deməkdir!
Diskleymer: Xidmətlər ixtisaslı mütəxəssislər tərəfindən göstərilir. Allergiya riski barədə əvvəlcədən məlumat verməsəniz, məsuliyyət daşımırıq.